Bələdiyyə seçkilərində 2 bələdiyyə tam tərkibdə formalaşmayıb
  • SİYASƏT

  • 11:21 12 Yanvar 2020

Bələdiyyə seçkilərində 2 bələdiyyə tam tərkibdə formalaşmayıb

2019-cu il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində tam tərkibdə formalaşmamış bələdiyyələr məlum olub.

APA-nın məlumatına görə, bu, səsvermənin ümumi yekunlarına dair Mərkəzi Seçki Komissiyasının (MSK) protokolunda əksini tapıb.

Beləliklə, seçkilər nəticəsində 2 bələdiyyə tam tərkibdə formalaşmayıb. Həmin bələdiyyələr 80 saylı İmişli-Beyləqan seçki dairəsi üzrə Şərq bələdiyyəsi və 101 saylı Göygöl-Daşkəsən seçki dairəsi üzrə Gurbulaq bələdiyyəsidir.

 

OXŞAR XƏBƏRLƏR