Dövlət başçısı İlham Əliyev Sinqapur Prezidentini təbrik edib
  • SİYASƏT

  • 18:34 08 Avqust 2019

Dövlət başçısı İlham Əliyev Sinqapur Prezidentini təbrik edib

Prezident İlham Əliyev Sinqapur Respublikasının Prezidenti Həlimə Yaquba təbrik ünvanlayıb.

ONA-nın xəbərinə görə, təbrikdə deyilir: "Hörmətli xanım Prezident,

Sinqapurun milli bayramı münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, xalqınıza əmin-amanlıq və firavanlıq diləyirəm".

OXŞAR XƏBƏRLƏR