Milli Məclisdə koronavirusla bağlı ölkədəki mövcud vəziyyətə dair dinləmələr keçiriləcək
  • SİYASƏT

  • 12:23 16 Sentyabr 2020

Milli Məclisdə koronavirusla bağlı ölkədəki mövcud vəziyyətə dair dinləmələr keçiriləcək

Milli Məclisdə koronavirus (COVID-19) ilə bağlı ölkədəki mövcud vəziyyət və görülən tədbirlər barədə dair dinləmə keçiriləcək.

APA-nın məlumatına görə, bu, Milli Məclisin Səhiyyə  komitəsinin 2020-ci ilin payız sessiyası üçün İş Planında əksini tapıb.

Səhiyyə komitəsi payız sessiyasında icbari tibbi sığortanın tətbiqi ilə bağlı normativ-hüquqi aktlara dəyişikliklərin edilməsi və onkoloji xəstələrə tibbi yardımın vəziyyəti və perspektivləri ilə bağlı da dinləmələr təşkil edəcək.

İş Planı Səhiyyə komitəsinin sentyabrın 18-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq. 
 

ONA

Teqlər:

OXŞAR XƏBƏRLƏR