Prezident İlham Əliyevin Balakən rayonuna səfəri başlayıb
  • SİYASƏT

  • 16:11 29 İyul 2020

Prezident İlham Əliyevin Balakən rayonuna səfəri başlayıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 29-da Balakən rayonuna səfərə gəlib.

ONA xəbər verir ki, dövlətimizin başçısı Balakən şəhərinin mərkəzində ümummilli lider Heydər Əliyevin adını daşıyan mədəniyyət və istirahət parkında Ulu Öndərin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.

Prezident İlham Əliyev Balakən regional “ASAN xidmət” mərkəzinin açılışında iştirak edib, mərkəzdə yaradılan şəraitlə tanış olub.

Sonra dövlətimizin başçısı ASAN könüllüləri ilə görüşüb.

Dövlət başçısı “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin Balakən Avtomatik İdarəetmə və Nəzarət Mərkəzinin istifadəyə verilməsi ilə bağlı tədbirdə iştirak edib.

 

ONA

Teqlər:

OXŞAR XƏBƏRLƏR