YAP-ın yeni Nizamnaməsi hazırlanıb, partiyanın orqanları və strukturu müəyyənləşib
  • SİYASƏT

  • 12:07 08 Aprel 2021

YAP-ın yeni Nizamnaməsi hazırlanıb, partiyanın orqanları və strukturu müəyyənləşib

Yeni Azərbaycan Partiyasının (YAP) yeni Nizamnaməsi hazırlanıb.

APA-nın məlumatına görə, hazırkı nizamnamə 2021-ci il martın 5-də partiyanın VII qurultayında qəbul edilib.

 

Nizamnamədə YAP-ın orqanları və strukturu müəyyənləşib.

Yeni Nizamnaməyə əsasən, partiyanın orqanları aşağıdakılardır:

- Qurultay;

- Partiyanın Sədri;

- İdarə Heyəti;

- Təftiş Komissiyası.

Partiyanın strukturuna onun Veteranlar Şurası, Gənclər Birliyi, Mərkəzi Aparatı, həmçinin yerli təşkilatlar və onların aparatları daxildir.

OXŞAR XƏBƏRLƏR