ATƏT DTİHB müşahidə missiyasının rəhbəri: "Ölkə ərazisində 13 komandamız var”
  • SİYASƏT

  • 13:37 09 Fevral 2020

ATƏT DTİHB müşahidə missiyasının rəhbəri: "Ölkə ərazisində 13 komandamız var”

“Biz işimizə yanvarın 30-u başlamışıq. Bir həftə sonra isə uzunmüddətli xidmət komandası gəldi. Bizim ölkə ərazisində 13 komandamız var. Onlar müşahidəyə başlayıblar. Bundan əlavə, 80 parlament üzvümüz də var”.

APA-nın məlumatına görə, bunu ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) seçki müşahidə missiyasının rəhbəri, səfir Peter Teyler deyib.

P. Teyler hazırda seçki prosesini qiymətləndirdiklərini bildirib: “Birinci qiymətləndirmənin nəticələri sabah günorta keçiriləcək mətbuat konfransında elan ediləcək. Biz seçki prosesini seçki günündən əvvəl, seçki günü ərzində və seçki günündən sonra izləyirik”.

O qeyd edib ki, seçkidən sonra səslər sayılır, daha sonra isə 125 dairə seçki komissiyasının təqdim etdiyi məlumatlar cədvəl şəklində tərtib edilir: “Bundan sonra şikayətlərin və müraciətlərin araşdırılmasına müəyyən müddət ayrılır. Qısamüddətli müşahidəçilər və parlamentarilər seçki günündən cəmi bir neçə gün sonra ölkəni tərk edirlər, lakin biz - əsas heyət və uzunmüddətli müşahidə missiyası ölkədə qalırıq”.

OXŞAR XƏBƏRLƏR