AVRO-2020: Millimiz dördüncü oyununda da xal qazana bilmədi - [color=red]YENİLƏNİB[/color]
  • İDMAN

  • 00:41 07 Sentyabr 2019

AVRO-2020: Millimiz dördüncü oyununda da xal qazana bilmədi - YENİLƏNİB

Azərbaycan millisi növbəti oyununu keçirib.

APA -nın məlumatına görə, yığma AVRO-2020-nin seçmə mərhələsində 4-cü oyununa çıxıb.

Xorvatiyalı Nikola Yurçeviçin baş məşqçisi olduğu komanda səfərdə Uelslə görüşüb. Bunadək keçirdiyi bütün qarşılaşmalarda uduzan yığma Kardiff şəhər stadionunda ilk xal üçün mübarizə aparıb.

Görüş futbolçularımız üçün uğursuz başlayıb. Pavel Paşayevin avtoqolu sayəsində Uels hesabı açıb.

Buraxılan qoldan sonra ruhdan düşməyən Azərbaycan yığması rəqibdən çəkinməyərək sonadək mübarizə aparıb. Nəticədə Mahir Emreli bərabərlik qolunu vurub.

Bununla da milli Xorvatiya (1:2), Macarıstan (1:3) və Slovakiya (1:5) ilə görüşlərdə olduğu kimi yenə qol sevinci yaşayıb. Bu uğurlu seriyanın davam etməsi ilk xalın qazanılması üçün yetərli olmayıb. Uels millisinin ulduzu Qaret Beyl komandasını xal itkisindən xilas edib. Onun final fitinə 6 dəqiqə qalmış vurduğu qol meydan sahiblərinə qələbə qazandırıb.

Qeyd edək ki, qrupun digər matçında Xorvatiya Slovakiyanı 4:0 hesabı ilə məğlubiyyətə uğradıb.

AVRO-2020-nin seçmə mərhələsi
E qrupu, V tur
6 sentyabr

22:45. Uels - Azərbaycan - 2:1
Qollar:Paşayev, 26 (ö.q.), Beyl, 84 - Emreli, 59
Baş hakim:Farrucia Kann Trustin (Malta)
Uels:1. Ueyn Hennesi, 3. Neyl Teylor, 5. Kris Mefan, 6. Co Rodon, 7. Co Allen, 10. Harri Uilson, 11. Qaret Beyl (k), 14. Konnor Roberts, 18. Etan Ampadu, 19. Tom Lourens, 20. Daniel Ceyms
Ehtiyat oyunçular:12. Denni Uord, 21. Adam Devis, 2. Kris Qanter, 4. Ben Devis, 8. Metyu Smit, 9. Sem Vokes, 13. Kiffer Mur, 15. Ceyms Lourens, 16. Tom Lokyer, 17. Conni Uilyams, 22. Co Morriel, 23. Uil Vaulks
Baş məşqçi:Rayan Giqqz
Azərbaycan:1. Səlahət Ağayev, 2. Qara Qarayev, 3. Şəhriyar Rəhimov, 5. Maksim Medvedev (k), 6. Bəhlul Mustafazadə, 10. Mahir Emreli, 11. Ramil Şeydayev, 13. Dmitri Nazarov, 18. Anton Krivotsyuk, 20. Riçard Almeyda, 21. Pavel Paşayev
Ehtiyat oyunçular:12. Emil Balayev, 23. Şahruddin Məhəmmədəliyev, 7. Araz Abdullayev, 8. Emin Mahmudov, 9. Ağabala Ramazanov, 14. Rəşad Eyyubov, 15. Ömər Buludov, 16. Rüfət Dadaşov, 17. Renat Dadaşov, 19. Təmkin Xəlilzadə, 22. Cavid Hüseynov
Baş məşqçi:Nikola Yurçeviç
Kardiff. Şəhər stadionu

 

 1 

Macarıstan

 4 

 3 

 0 

 1 

 6-4

 9 

 2

Xorvatiya

4

3

0

1

9-4

9

 3

Uels

4

2

0

2

4-4

6

 4

Slovakiya

4

2

0

2

7-6

6

 5

Azərbaycan

4

0

0

4

4-12

0

***

Saat. 00:26

AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində keçirilən Uels - Azərbaycan matçında 3-cü qol vurulub.

APA -nın məlumatına görə, xorvatiyalı Nikola Yurçeviçin rəhbərlik etdiyi yığma Kardiffdə yenidən hesabda geri düşüb. 84-cü dəqiqədə Qaret Beyl komandasını önə çıxarıb - 2:1.

***

Saat. 00:02

AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində keçirilən Uels - Azərbaycan matçında hesab dəyişib.

APA -nın məlumatına görə, xorvatiyalı Nikola Yurçeviçin rəhbərlik etdiyi yığma Kardiffdə hesabı bərabərləşdirib. Komandamızın heyətində Mahir Emreli 59-cu dəqiqədə fərqlənib - 1:1.

***

Saat. 23:47

AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində keçirilən Uels - Azərbaycan matçında ikinci hissə başlayıb.

APA -nın məlumatına görə, xorvatiyalı Nikola Yurçeviçin rəhbərlik etdiyi yığma 0:1 hesabı ilə məğlub durumdadır.

***

Saat. 23:32

AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində keçirilən Uels - Azərbaycan matçında ilk hissə yekunlaşıb.

APA -nın məlumatına görə, xorvatiyalı Nikola Yurçeviçin rəhbərlik etdiyi yığma fasiləyə 0:1 hesabı ilə məğlub durumda yollanıb. Yeganə qolu Pavel Paşayev öz qapısından keçirib.

***

Saat. 23:14

Azərbaycan millisi AVRO-2020-nin seçmə mərhələsi çərvicəsində Uels ilə görüşdə hesabda geri düşüb.

APA -nın məlumatına görə, Kardiffdə keçirilən matçda yığmanın oyunçusu Pavel Paşayev avtoqola imza atıb- 0:1.

***

Saat. 22:45

AVRO-2020-nin seçmə mərhələsində V turun ikinci oyun günü start götürüb.

APA -nın məlumatına görə, E qrupunda mübarizə aparan Azərbaycan milli komandası da bu gün növbəti matçına çıxıb.

Qarşısına final mərhələsinə vəsiqə qazanmaq vəzifəsi qoyulan, lakin keçirdiyi bütün matçlarda uduzan yığma Uelslə oynayır. Bu, komandamızın cari tsikldə dördüncü görüşüdür.

Bunadək səfərdə Xorvatiyaya 1:2, evdə Macarıstana 1:3, Slovakiyaya 1:5 hesabı ilə məğlub olan Nikola Yurçeviçin yetirmələri ilk xalını uelslilərdən almağa çalışacaq. Yığma bu seçmə mərhələdə ikinci səfər oyununda da azarkeşlərini üzməmək üçün məğlub olmamalıdır. Milli 3 xal əldə etsə, bu, N.Yurçeviçin komandanın “sükanı arxası”nda ilk qələbəsi olacaq. Qələbə həm də yığmanın sonuncu pillədən qurtulması üçün kifayət edəcək.

Qeyd edək ki, qrupumuzun digər oyununda Slovakiya Xorvatiyanı qəbul edəcək.

AVRO-2020-nin seçmə mərhələsi
E qrupu, V tur
6 sentyabr

22:45. Uels - Azərbaycan
Baş hakim:Farrucia Kann Trustin (Malta)
Uels:1. Ueyn Hennesi, 3. Neyl Teylor, 5. Kris Mefan, 6. Co Rodon, 7. Co Allen, 10. Harri Uilson, 11. Qaret Beyl (k), 14. Konnor Roberts, 18. Etan Ampadu, 19. Tom Lourens, 20. Daniel Ceyms
Ehtiyat oyunçular:12. Denni Uord, 21. Adam Devis, 2. Kris Qanter, 4. Ben Devis, 8. Metyu Smit, 9. Sem Vokes, 13. Kiffer Mur, 15. Ceyms Lourens, 16. Tom Lokyer, 17. Conni Uilyams, 22. Co Morriel, 23. Uil Vaulks
Baş məşqçi:Rayan Giqqz
Azərbaycan:1. Səlahət Ağayev, 2. Qara Qarayev, 3. Şəhriyar Rəhimov, 5. Maksim Medvedev (k), 6. Bəhlul Mustafazadə, 10. Mahir Emreli, 11. Ramil Şeydayev, 13. Dmitri Nazarov, 18. Anton Krivotsyuk, 20. Riçard Almeyda, 21. Pavel Paşayev
Ehtiyat oyunçular:12. Emil Balayev, 23. Şahruddin Məhəmmədəliyev, 7. Araz Abdullayev, 8. Emin Mahmudov, 9. Ağabala Ramazanov, 14. Rəşad Eyyubov, 15. Ömər Buludov, 16. Rüfət Dadaşov, 17. Renat Dadaşov, 19. Təmkin Xəlilzadə, 22. Cavid Hüseynov
Baş məşqçi:Nikola Yurçeviç
Kardiff. Şəhər stadionu

 1 

 Macarıstan

 4 

 3 

 0 

 1 

 6-4

 9 

 2

 Slovakiya

3

2

0

1

7-2

6

 3

 Xorvatiya

3

2

0

1

5-4

6

 4

 Uels

3

1

0

2

2-3

3

5

Azərbaycan

3

0

0

3

3-10

0

 

ONA

Teqlər:

OXŞAR XƏBƏRLƏR