• SİYASƏT

    10:00 28 avqust 2019

Avropa Parlamentinin Almaniyadan olan üzvü Azərbaycan XİN-in "qara siyahısı" na daxil edilib

Avropa Parlamentinin Almaniyadan olan marginal üzvü "Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinə qanunsuz səfər etmiş xarici ölkə vətəndaşlarının siyahısı" na daxil edilib.

APA-nın məlumatına görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Leyla Abdullayeva bildirib.

Xəbərə görə, Avropa Parlamentinin Almaniyadan olan marginal üzvü, Martin Zonneborn hələ ötən ilin avqustunda ölkəmizin işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə qanunsuz səfər etdiyi üçün onun adı "Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinə qanunsuz səfər etmiş xarici ölkə vətəndaşlarının siyahısı" na daxil edilib.

Qeyd edək ki, Alman parlamentari Martin Sonneborn (həm də Avropa Parlamentinin üzvüdür) 25 nəfərlik nümayəndə heyətilə Dağlıq Qarabağa səfər edərək, orda bəzi görüşlər keçirib.

ONA

Teqlər:

SON XƏBƏRLƏR