Azərbaycan və Türkiyə XİN başçıları arasında telefon danışığı olub
  • SİYASƏT

  • 18:58 11 Oktyabr 2020

Azərbaycan və Türkiyə XİN başçıları arasında telefon danışığı olub

Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov və Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı olub.

Bu barədə APA-nın yerli bürosuna Türkiyə Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.

Bildirilib ki, telefon danışığı zamanı nazirlər Ermənistanın atəşkəsi pozması barədə fikir mübadiləsi aparıblar.

ONA

Teqlər:

OXŞAR XƏBƏRLƏR