Azərbaycan XİN Abxaziyada keçirilmiş qondarma “prezident seçkiləri”ni tanımır - [color=red]BƏYANAT[/color]
  • SİYASƏT

  • 10:21 26 Avqust 2019

Azərbaycan XİN Abxaziyada keçirilmiş qondarma “prezident seçkiləri”ni tanımır - BƏYANAT

Azərbaycan Xarici İşlər Nazirliyi Gürcüstanın Abxaziya bölgəsində avqustun 25-də keçirilmiş qondarma “prezident seçkiləri” ilə bağlı bəyanat yayıb.

ONA-nın məlumatına görə, bəyanatda deyilir: “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini bir daha təsdiqləyir və avqustun 25-də Gürcüstanın Abxaziya bölgəsində keçirilmiş qondarma "prezident seçkiləri"ni, həmçinin onların nəticələrini tanımır”.

Azərbaycan Xarici İşlər Nazirliyi Abxaziya məsələsinin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq sülh yolu ilə həlli üçün danışıqların davam etdirilməsinin vacib olduğunu hesab edir.

ONA

Teqlər:

OXŞAR XƏBƏRLƏR