Azərbaycan XİN rəhbəri beynəlxalq ictimaiyyəti mina xəritələri ilə bağlı Ermənistana təzyiq etməyə çağırıb
  • SİYASƏT

  • 14:02 30 Aprel 2021

Azərbaycan XİN rəhbəri beynəlxalq ictimaiyyəti mina xəritələri ilə bağlı Ermənistana təzyiq etməyə çağırıb

“Məcburi köçkünlərin işğaldan azad olan torpaqlara qayıtması üçün sistemli və ardıcıl addımlar atılır”.

APA-nın xəbərinə görə, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda səfərdə olan Litvanın xarici işlər naziri ilə birgə mətbuat konfransında deyib.

Nazir bildirib ki, bu torpaqlarda infrastrukturun dağıdılması barədə litvalı həmkarını məlumatlandırıb.

“Həmin ərazilər 30 il ərzində minalarla çirkləndirilib. Azərbaycanın  və beynəlxalq tərəfdaşların çağırışlarına baxmayaraq, Ermənistan mina xəritələri verməkdən boyun qaçırır və hərbi cinayətini davam etdirir. 10 noyabrdan bəri mina partlayışı nəticəsində 22 nəfər həlak olub, 100 nəfər yaralanıb. Ermənistana təzyiq artırılmalıdır. Dünya dövlətləri, beynəlxalq təşkilatlar buna səssiz qalmamalıdır”, - deyə XİN başçısı vurğulayıb.

ONA

Teqlər:

OXŞAR XƏBƏRLƏR