• SİYASƏT

    10:07 13 yanvar 2021

Azərbaycan XİN rəhbəri Pakistana rəsmi səfərə gedib

Azərbaycan Xarici işlər naziri Ceyhun Bayramov Pakistana rəsmi səfərə gedib.

APA-nın xəbərinə görə, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva "Twitter"də bildirib.

"Səfər çərçivəsində Azərbaycan - Pakistan - Türkiyə XİN başçılarının ikinci üçtərəfli görüşü və həmçinin Pakistan rəsmiləri ilə ikitərəfli görüşlər keçiriləcək", Leyla Abdullayeva qeyd edib.

ONA

Teqlər:

SON XƏBƏRLƏR