• SİYASƏT

    22:11 7 oktyabr 2020

Azərbaycan XİN Yunanıstanın öz səfirini geri çağırmasına münasibət bildirib

Xarici İşlər Nazirliyi (XİN) Yunanıstanın öz səfirini məsləhətləşmək üçün geri çağırmasına bildirib.

XİN-in Mətbuat Xidməti idarəsindən APA-ya verilən məlumatda qeyd olunur:

"Əlbəttə, hər bir ölkə bu və ya digər məsələ ilə bağlı fövqəladə və səlahiyyətli səfirini məsləhətləşmək üçün çağırmaq qərarını verə bilər. Müxtəlif ölkələrdən, o cümlədən Yunanıstandan erməni mənşəli vətəndaşların Azərbaycanın işğal olunmuş ərazilərinə yola düşməsi ilə bağlı tərəfimizdən verilən açıqlamalara gəldikdə vurğulamaq istərdik ki, bu məlumatlar açıq informasiya mənbələrinə istinadən təqdim edilib və Yunanıstan tərəfinə bu məlumatın həqiqətə uyğun olub-olmaması ilə bağlı müraciət edilib".

ONA

Teqlər:

SON XƏBƏRLƏR