Dövlət başçısı İlham Əliyev Maldiv Prezidentini təbrik edib
  • SİYASƏT

  • 18:21 25 İyul 2019

Dövlət başçısı İlham Əliyev Maldiv Prezidentini təbrik edib

Prezident İlham Əliyev Maldiv Respublikasının Prezidenti İbrahim Məhəmməd Solihə təbrik ünvanlayıb.

ONA-nın xəbərinə görə, təbrikdə deyilir: “Hörmətli cənab Prezident,

Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Maldiv xalqına əmin-amanlıq və tərəqqi diləyirəm”.

OXŞAR XƏBƏRLƏR