Dövlət başçısı İlham Əliyev milli bayram münasibətilə İsveçrə Prezidentini təbrik edib
  • SİYASƏT

  • 17:46 31 İyul 2019

Dövlət başçısı İlham Əliyev milli bayram münasibətilə İsveçrə Prezidentini təbrik edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsveçrə Konfederasiyasının Prezidenti Ueli Maurerə təbrik göndərib.

ONA-nın məlumatına görə, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident,

Ölkənizin milli bayramı münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

İnanıram ki, Azərbaycan-İsveçrə əlaqələri, ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost İsveçrə xalqına daim sülh və firavanlıq arzulayıram".

OXŞAR XƏBƏRLƏR