• SİYASƏT

    13:18 7 avqust 2019

Dövlət başçısı Pirallahıda İH-nin yeni binası, Gənclər Mərkəzi və Park Kompleksinin açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 7-də Pirallahı Rayon İcra Hakimiyyətinin yeni inzibati binasının açılışında iştirak ediblər.

ONA-nın xəbərinə görə, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Pirallahı rayonunda yeni inşa olunmuş “Mirvari” Park Kompleksinin açılışında da iştirak ediblər.

Dövlət başçısı və birinci xanım Mehriban Əliyeva bu gün həmçinin Pirallahı rayonunda yeni inşa olunmuş Gənclər Mərkəzinin açılışına qatılıblar.

ONA

Teqlər:

SON XƏBƏRLƏR