İran Prezidenti və XİN rəhbəri Azərbaycana səfər edəcəklər
  • SİYASƏT

  • 15:32 05 Avqust 2019

İran Prezidenti və XİN rəhbəri Azərbaycana səfər edəcəklər

İran Prezidenti Həsən Ruhani və Xarici İşlər naziri Məhəmməd Cavad Zərif Azərbaycana səfər edəcəklər.

Bu barədə APA-ya eksklüziv açıqlamasında Məhəmməd Cavad Zərif məlumat verib.

Cavad Zərif bildirib ki, o, İran Prezidenti ilə birgə Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının 25-26 oktyabr tarixlərində Bakıda keçiriləcək XVIII zirvə görüşündə iştirak üçün Azərbaycana gələcək: “İran Azərbaycanla çox yüksək səviyyədə əlaqələrə sahibdir. Ölkəmiz Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının 25-26 oktyabr tarixlərində Bakıda keçiriləcək XVIII zirvə görüşündə İran ən yüksək səviyyədə iştirak edəcək”.

OXŞAR XƏBƏRLƏR