Konstitusiya Məhkəməsi prezident seçkilərinin nəticələrini təsdiqləyib
  • SİYASƏT

  • 13:19 13 Fevral 2024

Konstitusiya Məhkəməsi prezident seçkilərinin nəticələrini təsdiqləyib

Konstitusiya Məhkəməsi Plenumunun iclası keçirilib. 

APA-nın xəbərinə görə, iclasda 2024-cü il fevralın 7-də keçirilmiş növbədənkənar Azərbaycan Respublikasının Prezidenti seçkilərinin yekunlarına dair Mərkəzi Seçki Komissiyasının protokolunun təsdiq edilməsi və seçkilərin nəticələrinin elan edilməsi məsələsinə baxılıb.

Plenumun iclasını açıq elan edən Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev məhkəmə heyəti və katibini təqdim edib.

İclasda məruzəçi hakim prezident seçkilərinin vaxtının təyin edilməsi, keçirilməsi və yekunları barədə məlumat verməyə başlayıb.

Bildirilib ki, Mərkəzi Seçki Komissiyası fevralın 7-də keçirilmiş prezident seçkiləri ilə əlaqədar səsvermənin ümumi yekunlarına dair protokolun təsdiqi və seçkilərin yekunlarının təsdiq edilməsi üçün Konstitusiya Məhkəməsinə təqdim olunması barədə qərar qəbul edib və təqdim edilən sənədlər Konstitusiya Məhkəməsində yoxlanıb.

Prezident seçkiləri ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun iclasında Konstitusiya Məhkəməsi sədrinin müavini, məruzəçi hakim Sona Salmanova Mərkəzi Seçki Komissiyasının (MSK) 2024-cü il fevralın 7-də keçirilmiş prezident seçkiləri ilə əlaqədar səsvermənin ümumi yekunlarına dair protokoluna Konstitusiya icraatı qaydasında baxıldığını bildirib.

Məruzəçi hakim Kamran Şəfiyev prezident seçkiləri ilə prokurorluq və polis orqanlarına şikayət daxil olmadığını nəzərə çatdırıb.  Qeyd edib ki, Sumqayıt Apelyasiya Məhkəməsində bir şikayətə baxılıb və şikayət əsassız hesab edilib. Kamran Şəfiyev seçkilərin qanunvericiliyə uyğun keçirildiyini bildirib və seçkilərin nəticələrinə dair protokola əsasən İlham Heydər oğlu Əliyevin səslərin çox hissəsini toplayaraq qalib olduğunu bildirib.

İclasda çıxış edən Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bildirib ki, seçkilərə start verildikdən sonra 17 nəfərin namizədliyinin irəli sürülməsinin təsdiqi üçün müvafiq sənədlər Mərkəzi Seçki Komissiyasına təqdim edilib və namizədliklərin irəli sürülməsi təsdiq olunaraq onlara imza vərəqələri verilib. Namizədliyinin irəli sürülməsi təsdiq olunanlardan yalnız 7-si imza vərəqələrini və ona əlavə olunmuş sənədləri geri qaytarıb və onların hamısının namizədliyi qeydə alınıb. Qeydə alınmış namizədlərdən 5-nin namizədliyi siyasi partiyalar tərəfindən irəli sürülüb, 2-si isə öz təşəbbüsü ilə seçkilərə qatılıb.

Qeydə alınmış namizədlərə öz seçkiqabağı platformalarını sərbəst şəkildə seçicilərə çatdırmaq üçün mediada hərtərəfli, bərabər şərait və geniş imkanlar yaradılıb. Mərkəzi Seçki Komissiyasının qərarı ilə İctimai Televiziya və Radio Yayımları Şirkətində qanunvericilikdə nəzərdə tutulandan 2 dəfə artıq - həftəlik 6 saat ödənişsiz efir vaxtı ayrılıb. “Azərbaycan” qəzeti, “Xalq qəzeti”, “Respublika” qəzeti və “Bakinski raboçi” qəzetlərində qanunvericiliyə uyğun həcmdə və qaydada ödənişsiz dərc üçün yer təmin edilib, 44 media qurumunda isə bərabər şərtlərlə ödənişli təşviqat imkanı yaradılıb. Qeydə alınmış namizədlərin və namizədi qeydə alınmış siyasi partiyaların seçicilərlə görüşlərinin keçirilməsi üçün, ilkin mərhələdə, onlar respublikanın şəhər və rayonlarında 125 seçki dairəsi üzrə 139-u açıq, 142-si qapalı olmaqla, ümumilikdə 281 ödənişsiz yerlə təmin edilib. Bunun ardınca isə, daha geniş imkanların yaradılması məqsədilə, demək olar ki, respublikanın əksər yaşayış məntəqələrini əhatə edən 4 500-ə yaxın əlavə görüş yeri də ayrılıb.

Seçkilərdə şəffaflığın yüksək səviyyədə təmin olunmasına xüsusi diqqət yetirilib, respublikanın bütün coğrafiyasını əhatə etməklə, 1 000 seçki məntəqəsində quraşdırılan və yüksək texniki parametrlərə uyğun olmaqla günün tələblərinə cavab verən, yenilənmiş sistem üzərindən daha aydın vizual görüntü təminatına şərait yaradan veb-kameralar vasitəsilə səsvermə prosesini heç bir qeydiyyat tələb olunmadan, əvvəldən axıradək fasiləsiz olaraq onlayn izləmək imkanı təmin edilib. Proseslərin müşahidəsinə 72 nüfuzlu beynəlxalq qurumu və 89 ölkəni təmsil edən 790 beynəlxalq müşahidəçi, dünyanın 110 aparıcı xarici media subyektinin 217 təmsilçisi, eləcə də Mərkəzi Seçki Komissiyası və dairə seçki komissiyalarında akkreditasiyadan keçən 90 000-dən artıq yerli müşahidəçi qatılıb. Seçkilərdə öz namizədləri ilə iştirak edən 5 siyasi partiya da daxil olmaqla, 19 siyasi partiyanın və öz təşəbbüsü ilə seçkilərə qatılan namizədlərin ümumilikdə 51 000-dən artıq müşahidəçisi seçkiləri izləyib. Bununla yanaşı, seçkilərin müşahidəsinə qoşulan 7 000-ə yaxın müşahidəçi bütövlükdə 83 qeyri-hökumət təşkilatı, vətəndaş cəmiyyəti institutu və ictimai birlikləri əhatə edib. Biri xarici partnyorları ilə birgə olmaqla, ümumilikdə 3 ixtisaslaşmış təşkilat Mərkəzi Seçki Komissiyasında qeydə alınaraq səsvermə günü “exit-poll” keçirib.

Eyni zamanda, səsvermə günü müxtəlif mənbələrdə, o cümlədən onlayn platformalarda olan məlumatlar belə fərqli alternativ resurslardan, habelə seçki məntəqələrində quraşdırılmış veb-kamera görüntülərindən istifadə olunmaqla mümkün qədər geniş və hərtərəfli araşdırılıb. Nəticədə 41 saylı Gəncə-Samux-Goranboy seçki dairəsinin 38 saylı, 61 saylı Qusar seçki dairəsinin 7 və 27 saylı, 65 saylı Salyan-Biləsuvar-Neftçala seçki dairəsinin 9 saylı, 68 saylı Sabirabad-Şirvan seçki dairəsinin 2 saylı, 77 saylı Lənkəran şəhər seçki dairəsinin 7 və 31 saylı, 92 saylı Göyçay-Ağdaş seçki dairəsinin 6 saylı, 99 saylı Bərdə seçki dairəsinin 2 saylı, 114 saylı Şəki şəhər seçki dairəsinin 1 saylı və 115 saylı Şəki kənd seçki dairəsinin 6 saylı seçki məntəqələrində seçicilərin iradəsinin müəyyən edilməsinə imkan verməyən qanun pozuntuları aşkar edildiyindən, MSK-nın qərarı ilə həmin seçki məntəqələri üzrə səsvermənin nəticələri etibarsız hesab edilib və həmin məntəqələrin seçki komissiyaları buraxılıb.

Bu məntəqələrdə seçkinin nəticələrinin ləğv edilməsi ümumi nəticəyə təsir etməyib: “Hesab edirəm ki, Konstitusiya Məhkəməsi seçkilərin nəticələri ilə bağlı Mərkəzi Seçki Komissiyasının təqdim etdiyi sənədi təsdiq edə bilər”.

Daha sonra M. Pənahov Konstitusiya Məhkəməsinin hakimlərinin suallarını cavablandırıb.

İclasda Dövlət Statistika Komitəsinin əməkdaşlarından ibarət mütəxəssislər qrupunun tərtib etdiyi arayışla isə Sevda Süleymanova çıxış edib.

İclasda ekspert qismində Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Konstitusiya hüququ kafedrasının dosenti Nəsib Şükürov çıxış edib. O, prezident seçkilərinin Konstitusiyaya uyğun olaraq azad, ədalətli, demokratik keçirildiyini deyib, seçki prosesinə müsbət rəy verib.

Onlar hakimlərin suallarını da cavablandırıblar.

Daha sonra hakimlər müşavirəyə gedib.

Müşavirədən sonra Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev 2024-cü il fevralın 7-də keçirilmiş prezident seçkilərinin nəticəsi ilə bağlı qərarı elan edib.

Qərara əsasən, Konstitusiya Məhkəməsi prezident seçkilərinin nəticələrini təsdiqləyib.

Konstitusiya Məhkəməsinin qərarı ilə Mərkəzi Seçki Komissiyasının yekun protokoluna əsasən, İlham Əliyev 92.12 faiz səslə prezident seçkilərində qalib gəlib.

 

Konstitusiya Məhkəməsi prezident seçkilərinin nəticələrini təsdiqləyib  - YENİLƏNİB-1  - FOTO Konstitusiya Məhkəməsi prezident seçkilərinin nəticələrini təsdiqləyib  - YENİLƏNİB-1  - FOTO Konstitusiya Məhkəməsi prezident seçkilərinin nəticələrini təsdiqləyib  - YENİLƏNİB-1  - FOTO Konstitusiya Məhkəməsi prezident seçkilərinin nəticələrini təsdiqləyib  - YENİLƏNİB-1  - FOTO Konstitusiya Məhkəməsi prezident seçkilərinin nəticələrini təsdiqləyib  - YENİLƏNİB-1  - FOTO Konstitusiya Məhkəməsi prezident seçkilərinin nəticələrini təsdiqləyib  - YENİLƏNİB-1  - FOTO Konstitusiya Məhkəməsi prezident seçkilərinin nəticələrini təsdiqləyib  - YENİLƏNİB-1  - FOTO Konstitusiya Məhkəməsi prezident seçkilərinin nəticələrini təsdiqləyib  - YENİLƏNİB-1  - FOTO Konstitusiya Məhkəməsi prezident seçkilərinin nəticələrini təsdiqləyib  - YENİLƏNİB-1  - FOTO Konstitusiya Məhkəməsi prezident seçkilərinin nəticələrini təsdiqləyib  - YENİLƏNİB-1  - FOTO Konstitusiya Məhkəməsi prezident seçkilərinin nəticələrini təsdiqləyib  - YENİLƏNİB-1  - FOTO Konstitusiya Məhkəməsi prezident seçkilərinin nəticələrini təsdiqləyib  - YENİLƏNİB-1  - FOTO

ONA

Teqlər:

OXŞAR XƏBƏRLƏR