• SİYASƏT

    18:28 13 oktyabr 2019

Arif Hacılı yenidən Müsavat Partiyasının başqanı seçilib - YENİLƏNİB - FOTOSESSİYA

Müsavat Partiyasının IX qurultayında səsvermənin nəticələri məlum olub

APA-nın məlumatına görə, səsvermənin nəticələrinə görə Arif Hacılı yenidən Müsavat Partiyasının başqanı seçilib.

Beləliklə, 333 bülleten etibarlı sayılıb, Arif Hacılı 262, Tofiq Yaqublu 51, Yadigar Sadıqlı isə 20 səs toplayıb.

Qeyd edək ki, Müsavat Partiyasının başqanı postuna namizədlər Arif Hacılı, Divan üzvləri Tofiq Yaqublu və Yadigar Sadıqlı olub.

***

saat 10.57

Müsavat Partiyasının IX qurultayı başlayıb.

APA-nın məlumatına görə, qurultay “Büllur” sarayında (köhnə İnqilab kinoteatrı) keçirilir.

Müsavat Partiyasının başqanı postuna namizədlər hazırkı başqan Arif Hacılı, Divan üzvləri Tofiq Yaqublu və Yadigar Sadıqlıdır.

Qurultayda Mərkəzi Nəzarət və Təftiş Komissiyasına və sərbəst Məclis üzvlüyünə seçkilər də keçiriləcək.

Səlcuq

Teqlər:

SON XƏBƏRLƏR