• SİYASƏT

    13:17 25 dekabr 2020

Nüfuzlu “Vedomosti” nəşri Prezident İlham Əliyevi “İlin siyasətiçisi” elan edib

Rusiyanın nüfuzlu “Vedomosti” nəşri “İlin siyasətçisi” xüsusi layihəsinin nəticələrini elan edib.

APA-nın Moskva müxbirinin xəbərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev nəşrin oxucularının seçimi əsasında “İlin siyasətçisi” elan olunub.

ABŞ-ın yeni seçilmiş prezidenti Co Bayden isə redaksiya seçimi əsasında “ilin siyasətçisi” elan edilib.

Nəşr yazır ki, Azərbaycan Prezidentini haqlı olaraq ordusu 2020-ci ildə inamlı hərbi qələbə qazanan, region miqyasında isə əsl zəfər əldə edən yeganə lider adlandırmaq olar.

Qeyd edək ki, “İlin siyasətçisi” siyahısına namizədlər arasında Rusiya Prezidenti Vladimir Putin, Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan, Fransa Prezidenti Emmanuel Makron, Belarus Prezidenti Aleksandr Lukaşenko da yer alıb.

ONA

Teqlər:

SON XƏBƏRLƏR