• SİYASƏT

    18:02 7 sentyabr 2019

Prezident İlham Əliyev Şimali Makedoniya və Tacikistan prezidentlərini təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Şimali Makedoniyanın Prezidenti Stevo Pendarovskiyə ölkəsinin milli bayramı – Müstəqillik Günü münasibətilə təbrik məktubu ünvanlayıb.

ONA-nın xəbərinə görə, məktubda deyilir:

“Hörmətli cənab Prezident,

Şimali Makedoniyanın milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

İnanıram ki, ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.

Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost xalqınıza sülh və rifah diləyirəm”.

Azərbaycan Prezidenti İlham Əliyev Tacikistan Prezidenti Emoməli Rəhmona da Tacikistanın milli bayramı – Müstəqillik Günü münasibətilə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

“Hörmətli Emoməli Şərifoviç,

Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Bu gün dost Tacikistan dövlət müstəqilliyinin möhkəmləndirilməsi, iqtisadiyyatın inkişafı, xalqın rifahının daha da yaxşılaşdırılması yolu ilə inamla irəliləyir. Ölkəniz dünyada və regionda sülhün və sabitliyin bərqərar olmasına, beynəlxalq təhlükəsizliyə və dialoqa mühüm töhfələr verir.

İnanıram ki, ölkələrimiz arasında qarşılıqlı hörmət və etimada əsaslanan ikitərəfli münasibətlərin daha da möhkəmləndirilməsi, əməkdaşlığımızın əhatə dairəsinin genişləndirilməsi ilə bağlı atdığımız addımlar daim xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.

Hörmətli Emoməli Şərifoviç, bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Tacikistan xalqına sülh və firavanlıq arzulayıram”.

ONA

Teqlər:

SON XƏBƏRLƏR