Prezident İlham Əliyev Almaniya, İsveçrə, Malayziya, Çin, Kolumbiya səfirlərinin etimadnaməsini qəbul edib
  • SİYASƏT

  • 12:14 23 İyul 2019

Prezident İlham Əliyev Almaniya, İsveçrə, Malayziya, Çin, Kolumbiya səfirlərinin etimadnaməsini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 23-də Almaniya Federativ Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Volfqanq Maniqin etimadnaməsini qəbul edib.

ONA-nın xəbərinə görə, Prezident İlham Əliyev İsveçrə Konfederasiyasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri xanım Muriel Peneveyrenin etimadnaməsini də qəbul edib.

Azərbaycan Prezidenti bu gün həmçinin Malayziyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Yubazlan Bin Yusofun, Çin Xalq Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri xanım Qo Minin, Kolumbiya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Luis Antonio Dimate Kardenasın etimadnaməsini qəbul edib.

 

OXŞAR XƏBƏRLƏR