Prezident İlham Əliyev Avropa İttifaqının xüsusi nümayəndəsini qəbul edib
  • SİYASƏT

  • 15:45 30 Oktyabr 2019

Prezident İlham Əliyev Avropa İttifaqının xüsusi nümayəndəsini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 30-da Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

ONA xəbər verir ki, görüşdə dövlətimizin başçısı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın mövqeyini bir daha çatdıraraq, münaqişənin yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməli olduğunu vurğuladı.

Söhbət zamanı Azərbaycan-Avropa İttifaqı əlaqələri haqqında fikir mübadiləsi aparıldı.

OXŞAR XƏBƏRLƏR