Prezident İlham Əliyev Hacıqabul rayonuna səfər edib
  • SİYASƏT

  • 12:49 20 Aprel 2021

Prezident İlham Əliyev Hacıqabul rayonuna səfər edib

Azərbaycan Prezidenti İlham Əliyev aprelin 20-də Hacıqabul rayonuna səfər edib. 

APA-nın xəbərinə görə, dövlətimizin başçısı ümummilli lider Heydər Əliyevin Hacıqabul şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu.

Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov rayonda görülən işlər barədə dövlətimizin başçısına məlumat verib.

Prezident İlham Əliyev Hacıqabul Sənaye Məhəlləsinin açılışında iştirak edib.

Dövlətimizin başçısına sənaye məhəlləsində yerləşən müəssisələr barədə məlumat verilib.

Prezidenti İlham Əliyev Hacıqabul-Muğan avtomobil yolunun yenidənqurmadan sonra istifadəyə verilməsi ilə bağlı tədbirdə də iştirak edib.

Dövlətimizin başçısına uzunluğu 11,5 kilometr olan yolun texniki göstəriciləri barədə məlumat verilib.

Prezident İlham Əliyev Hacıqabul rayonunun Meyniman kəndinin ərazisində fermer Elşən Xəlilovun 10 hektarlıq pambıq tarlası ilə də tanış olub.

Dövlətimizin başçısı əkin sahəsində pambıq səpininə start verilməsi prosesini izləyib.

 

OXŞAR XƏBƏRLƏR