Prezident İlham Əliyev Sumqayıtda səfərdə olub
  • SİYASƏT

  • 14:39 21 Noyabr 2019

Prezident İlham Əliyev Sumqayıtda səfərdə olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 21-də Sumqayıt şəhərində səfərdə olub.

ONA xəbər verir ki, dövlətimizin başçısı ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub.

Şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcov Sumqayıtda görülən işlər haqqında məlumat verib.

Prezident İlham Əliyev müvafiq tapşırıqlarını verib.

Dövlət başçısı Sumqayıt Dövlət Dram Teatrında şəhərin 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib.

Prezident İlham Əliyev tədbirdə geniş nitq söyləyib.

Sonra Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, “Şöhrət” ordenli Əməkdar müəllim Ofeliya Babayeva, “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin direktoru Nazim Talıbov, 1 nömrəli poliklinikanın baş həkimi Arzu Bəndəliyeva, Əməkdar inşaatçı Maqsud Maqsudov, Sumqayıt Dövlət Dram Teatrının aktyoru Cəlal Məmmədov çıxış ediblər.

 

OXŞAR XƏBƏRLƏR