Prezident İlham Əliyev və Mehriban Əliyeva Yasamal rayonunda yeni salınan meşə tipli parkın açılışında iştirak ediblər
  • SİYASƏT

  • 17:36 01 Fevral 2021

Prezident İlham Əliyev və Mehriban Əliyeva Yasamal rayonunda yeni salınan meşə tipli parkın açılışında iştirak ediblər

Fevralın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva paytaxtın Yasamal rayonunda yeni salınan meşə tipli parkın açılışında da iştirak ediblər.

ONA xəbər verir ki, dövlətimizin başçısı və birinci xanım parkda yaradılan şəraitlə tanış oldular.

Qeyd edək ki, dövlətimizin başçısının tapşırığına əsasən salınan bu parkın ümumi ərazisi 4 hektardır. Vaxtilə bu ərazi bəzi adamlar tərəfindən zəbt olunmuşdu və onlar bunu hissə-hissə satmaq niyyətində idilər. Məhz Prezident İlham Əliyevin müdaxiləsindən sonra bu proses dayandırıldı və bu torpaqlar dövlət fonduna qaytarıldı.

Yeni salınan parkda yaşıllıq zonası ərazinin 70 faizindən çoxunu əhatə edir.

ONA

Teqlər:

OXŞAR XƏBƏRLƏR