Ramiz Həsənov Xarici işlər nazirinin müavini vəzifəsindən azad olunaraq, İspaniyada səfir təyin edilib
  • SİYASƏT

  • 13:39 19 Aprel 2021

Ramiz Həsənov Xarici işlər nazirinin müavini vəzifəsindən azad olunaraq, İspaniyada səfir təyin edilib

Prezident İlham Əliyev Ramiz Həsənovun Azərbaycan Respublikası xarici işlər nazirinin müavini vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb. 

APA-nın xəbərinə görə, sərəncama əsasən, Ramiz Ayvaz oğlu Həsənov Azərbaycan Respublikası xarici işlər nazirinin müavini vəzifəsindən azad edilib. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.

Prezident İlham Əliyevin digər sərəncamı ilə Ramiz Həsənovun Azərbaycan Respublikasının İspaniya Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilib. 

 

 

ONA

Teqlər:

OXŞAR XƏBƏRLƏR