• SİYASƏT

    13:16 3 dekabr 2019

Rusiyanın Xarici İşlər naziri Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib

Azərbaycanda səfərdə olan Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov dekabrın 3-də Fəxri xiyabanda xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil qoyub.

ONA-nın xəbərinə görə, görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.

Sonra Şəhidlər xiyabanına gedən nazir ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

ONA

Teqlər:

SON XƏBƏRLƏR