Sabah İCESCO-nun baş direktoru Salim Al-Malik Azərbaycana səfər edəcək
  • SİYASƏT

  • 15:12 10 Yanvar 2021

Sabah İCESCO-nun baş direktoru Salim Al-Malik Azərbaycana səfər edəcək

İCESCO-nun baş direktoruSalim Al-Malik Azərbaycana səfər edəcək.

ONA-nın təşkilatın rəsmi saytına istinadən verdiyi xəbərə görə, səfər yanvarın 11-də baş tutacaq.

Səfər çərçivəsində baş direktor ölkənin yüksək səviyyəli rəsmi şəxsləri ilə bir sıra görüşlər keçirəcək, Azərbaycan və ICESCO arasında təhsil, elm və mədəniyyət sahəsində əməkdaşlığın daha da gücləndirilməsi yolları müzakirə olunacaq.

Baş direktorun Azərbaycana səfəri zamanı bir sıra tarixi və mədəni yerləri ziyarət edəcəyi gözlənilir.

OXŞAR XƏBƏRLƏR