• İDMAN

    10:26 29 avqust 2021

Tokio-2020: Azərbaycan paralimpiyaçısı qızıl medal qazanıb və dünya rekordu vurub

Azərbaycan Tokio-2020 Yay Paralimpiya Oyunlarda daha bir qızıl medal qazanıb.
ONA-nın məlumatına görə, bu gün səhər azərbaycanlı atlet Elvin Astanov nüvə itələmə idman növündə həm qızıl medal qazanıb, həm də 8,77 metr nəticə ilə yeni dünya rekordu müəyyənləşdirib.

Bu, azərbaycanlı idmançıların Tokio-2020 Yay Paralimpiya Oyunlarda müəyyənləşdirdiyi ikinci rekorddur.

E. Astanovun qələbəsi ilə komanda hesabında Azərbaycanın qazandığı qızıl medalların sayı 8-ə çatıb, medal sayına görə isə ölkəmiz 6-cı yerdə qərarlaşıb.

Qeyd edək ki, dünən nizə atmada Həmid Heydəri yeddinci qızıl medalı qazanıb. O, 51,42 metr nəticə göstərərək yeni dünya rekorduna da imza atıb.

ONA

Teqlər:

SON XƏBƏRLƏR