• SİYASƏT

    14:40 11 dekabr 2020

Türkiyə Prezidenti: “İnşallah, Azərbaycan Türkiyəsiz olmayacaq”

“Bildiyiniz kimi, bizim onsuz da Azərbaycanla hərbi təhsil-təlimlə bağlı anlaşmamız var. Anlaşma parlament tərəfindən qəbul olunub. Bu anlaşma aramızdakı həmrəyliyi çox daha fərqli bir platformaya daşıyacaq”.

APA-nın “Hürriyət” qəzetinə istinadən verdiyi xəbərə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycandan səfərdən qayıdarkən jurnalistlərin Rusiya sülhməramlı qüvvələri ilə bağlı sualına cavabında deyib.

Bununla bağlı məsələni Rusiya Prezidenti Vladimir Putinlə müzakirə etdiyini vurğulayan Ərdoğanın sözlərinə görə, onsuz da azərbaycanlı hərbçilər daha əvvəl Türkiyəyə gəlib təhsil-təlim alıblar və yenə alacaqlar: “Bizim aramızda kəşfiyyat və s. digər sahələrdə əməkdaşlıq var. Yəni, inşallah, Azərbaycan Türkiyəsiz olmayacaq və bu həmrəyliyimiz hər sahədə davam edəcək. Azərbaycanla siyasi, hərbi, iqtisadi, mədəni, diplomatiya, hər sahədə bu əməkdaşlığı davam etdirəcəyik”.

ONA

Teqlər:

SON XƏBƏRLƏR