Azərbaycanın tanınmış mədəniyyət və incəsənət nümayəndələri Gəncəyə gedib - [color=red]FOTO[/color] - [color=red]YENİLƏNİB[/color]
  • SİYASƏT

  • 14:31 18 Oktyabr 2020

Azərbaycanın tanınmış mədəniyyət və incəsənət nümayəndələri Gəncəyə gedib - FOTO - YENİLƏNİB

Azərbaycanın bir neçə tanınmış mədəniyyət və incəsənət nümayəndəsi Gəncə şəhərində olub.

APA-nın yerli bürosunun verdiyi xəbərə görə, onlar erməni terrroru nəticəsində dağılmış əraziyə baş çəkiblər.

Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli işğal altında olan torpaqlarımızın azad ediləcəyinə inandığını bildirib.

Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq artisti Siyavuş Kərimi Gəncədə baş verənlərin böyük faciə olduğunu deyib: “Gecə vaxtı mülkiu əhaliyə qarşı bu hərəkət qəbuledilməzdir. Dünya artıq buna reaksiya verməlidir. Ermənilər qadın, uşaq, qoca qatilləridir.” 

Əməkdar artist Təyyar Bayramov ermənilərin Gəncəyə terrrorunu qınayıb: “Bu hadisələr mənə çox tanışdır. 1992-ci ildə mən də erməni terroru nəticəsində dağıntılar arasında qalmışam”.

***

14:15

Azərbaycanın tanınmış mədəniyyət və incəsənət nümayəndələri Gəncəyə gediblər.

APA-nın yerli bürousunun verdiyi məlumata görə, onlar erməni terroru nəticəsində dağıntı baş verən ərazilərdə olublar.

ONA

Teqlər:

OXŞAR XƏBƏRLƏR