• SİYASƏT

    13:40 12 noyabr 2019

Bakının Yasamal, Suraxanı və Xətai rayonlarına yeni İH başçısı təyin olunub

Əziz İmran oğlu Əzizov Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

ONA-nın xəbərinə görə, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.

Prezident İlham Əliyevin digər sərəncamı ilə Əziz Əzizov Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamları ilə Elşad Eldar oğlu Həsənov Bakının Yasamal Rayon İcra Hakimiyyətinin başçısı, Rafiq Çəpərxan oğlu Quliyev isə Xətai Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.

ONA

Teqlər:

SON XƏBƏRLƏR