• SİYASƏT

    14:10 23 avqust 2019

Əlcəzair Azərbaycana yeni səfir təyin edib

Əlcəzair Xalq Demokratik Respublikası Azərbaycana yeni səfir təyin edib.

APA-nın xəbərinə görə, Prezident Əbdülqadir bin Salahın sərəncamı ilə Səlimə Abdelhaq Əlcəzair Xalq Demokratik Respublikasının Azərbaycanda yeni fövqəladə və səlahiyyətli səfiri təyin olunub.

Qeyd edək ki, səfirlik Türkiyədə yerləşir.

Əlcəzairin Azərbaycandakı diplomatik nümayəndəliyindən verilən məlumata görə, Ridha Nebais isə Azərbaycanda müvəqqəti işlər vəkili təyin olunub.

O, sentyabrın 1-dən fəaliyyətə başlayacaq.

ONA

Teqlər:

SON XƏBƏRLƏR