Vaşinqtonda 28 May Azərbaycanın Milli Günü elan edilib
  • SİYASƏT

  • 11:56 31 May 2020

Vaşinqtonda 28 May Azərbaycanın Milli Günü elan edilib

ABŞ-ın paytaxtı Vaşinqton şəhərinin meri Myuriel Bauzer Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 102-ci ildönümü ilə əlaqədar bəyannamə imzalayıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən APA-ya verilən məlumata görə, Bəyannamədə bildirilib ki, 1918-ci il mayın 28-də müsəlman aləmində ilk dünyəvi parlament respublikası olan Azərbaycan Xalq Cümhuriyyəti (AXC) qurulub.

AXC hakimiyyəti zamanı qadınlara seçki və bərabərlik hüquqlarının təmin edildiyi və bütün vətəndaşlara irqindən, cinsindən, etnik mənsubiyyətindən, dilindən və dinindən asılı olmayaraq bərabər hüquqların tanındığı qeyd olunub.

ONA

Teqlər:

OXŞAR XƏBƏRLƏR