Azərbaycanda daha 135 nəfər koronavirusa yoluxub, 167 nəfər sağalıb, 2 nəfər vəfat edib
  • SOSİAL

  • 17:16 12 Sentyabr 2020

Azərbaycanda daha 135 nəfər koronavirusa yoluxub, 167 nəfər sağalıb, 2 nəfər vəfat edib

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 135 yeni yoluxma faktı qeydə alınıb, 167 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

ONA xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 38172 nəfər koronavirus infeksiyasına yoluxub.

Onlardan 35607 nəfər müalicə olunaraq sağalıb, 559 nəfər vəfat edib, aktiv xəstə sayı 2006 nəfərdir.

 

ONA

Teqlər: koronavirus