• SOSİAL

    12:11 16 oktyabr 2020

Azərbaycanda oktyabrın 15-dək 546 şagird, 186 təhsil işçisi koronavirusa yoluxub

Təhsil naziri indiyədək koronavirusa yoluxmuş şagirdlərin və işçi heyətin sayını açıqlayıb.

APA-nın məlumatına görə, bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Təhsil naziri Emin Əmrullayev bildirib ki, oktyabrın 15-nə qədər 546 şagird, 186 təhsil işçisi koronavirusa yoluxub.

Nazir 1597 şagirdin COVID xəstəsi ilə təmasda olduğunu deyib: "Bir qisim şagird evdə, ailədə və başqa yerdə yoluxub. Məktəbə gəlmiş təxminən 25 faiz şagird, yəni 4 şagirddən biri yoluxub. Amma belə bir olmayıb ki, bir sinifdə 4-5 şagird xəstələnsin və ailələrini xəstələndirsin. Müəllimlərlə bağlı vəziyyət bir qədər başqadır, bu da mənə gəlir ki, yaş və virusun xüsusiyyətlərindən asılıdır. Bir neçə məktəbdə müəllimlər arasında kütləvi yoluxma halına rast gəlmişik. Yoluxmanın coğrafiyasına gəldikdə, məhz bu səbəbdən bütün ölkə məktəblərində tətil elan eləməliyik. Səmimi desəm, bunu proqnozlaşdırmaq mümkün deyil. Çünki aydın məsələdir ki, böyük məktəblər Bakı, Sumqayıt, Abşeronda olduğu üçün daha riskli görünür. Təbii ki, Bakıda daha çox əhali yaşayır. Amma bununla belə çox kiçik kəndlərdə də yoluxma olur. Bildiyiniz kimi, virusa görə ən birinci bağlanan məktəb Quba rayonunun Qamqam kənd məktəbi olub, hansı ki, ən balaca məktəblərdən biridir. Bu mənada virus hər yerdədir və biz harada yaşamağımızdan asılı olmayaraq diqqətli olmalıyıq ki, həm həkimlərimizə, həm də ordumuza, əsgərlərimizə dayaq olaq”.

ONA

Teqlər:

SON XƏBƏRLƏR