• SOSİAL

    14:10 11 avqust 2019

Birinci vitse-prezident Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.

ONA-nın məlumatına görə, təbrik Birinci vitse-prezident Mehriban Əliyevanın “Instagram” səhifəsində yerləşdirilib.

Birinci vitse-prezident insansevərlik, xeyirxahlıq, paylaşmaq, mərhəmət hisslərinin rəmzi olan bu müqəddəs gündə xalqımıza cansağlığı, xoş güzəran, əmin-amanlıq, tükənməyən sevgi arzu edib: "Allah dualarınızı qəbul etsin!".

ONA

Teqlər:

SON XƏBƏRLƏR