Azərbaycanda daha 141 nəfər COVID-19-a yoluxub, 151 nəfər sağalıb, 3 nəfər vəfat edib
  • SOSİAL

  • 16:42 16 Sentyabr 2020

Azərbaycanda daha 141 nəfər COVID-19-a yoluxub, 151 nəfər sağalıb, 3 nəfər vəfat edib

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 141 yeni yoluxma faktı qeydə alınıb, 151 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

ONA xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 38658 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 36149 nəfər müalicə olunaraq sağalıb, 569 nəfər vəfat edib, aktiv xəstə sayı 1940 nəfərdir.

Ölkədə son sutka ərzində 7656, hazırkı dövrədək isə 1027685 test aparılıb. 

ONA

Teqlər: koronavirus

OXŞAR XƏBƏRLƏR