Azərbaycanda reanimasiyada olan koronaviruslu xəstələrin sayı açıqlanıb
  • SOSİAL

  • 00:59 30 İyul 2020

Azərbaycanda reanimasiyada olan koronaviruslu xəstələrin sayı açıqlanıb

Azərbaycanda koronavirusa yoluxmuş xəstələrdən reanimasiyada olanların sayı açıqlanıb.

APA xəbər verir ki, bu barədə TƏBİB-in məlumatında qeyd olunub. 

Bildirilib ki, xəstələrdən 285 nəfəri reanimasiyadadır. Süni nəfəs cihazına qoşulanların sayı isə 67 nəfərdir.

Qeyd edək ki, bu günədək Azərbaycanda 31 221 nəfər COVID-19-a yoluxub, onlardan 24 495-i sağalıb, 438 nəfəri isə vəfat edib.

ONA

Teqlər:

OXŞAR XƏBƏRLƏR