“Azərsu” ASC-nin sədri: "Bütün rayonların su pasportları hazırlanır"
  • SOSİAL

  • 11:51 07 Noyabr 2019

“Azərsu” ASC-nin sədri: "Bütün rayonların su pasportları hazırlanır"

Azərbaycanın bütün rayonlarının su pasportları hazırlanır.

ONA-nın xəbərinə görə, bunu “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov bu gün Yeni Azərbaycan Partiyasının mərkəzi qərargahında keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, həmin pasportlarda suyun keyfiyyəti, əhalinin sayı, su təchizatı, suyun kim tərəfindən təchiz edilməsi və s. kimi parametrlər öz əksini tapacaq: "Regionlarda bütün su mənbələrinin yaxşılaşdırılması məsələsini daim diqqətdə saxlayırıq. Ölkənin 50-dən çox regionunda su təminatının yaxşılaşdırılması ilə bağlı işlər həyata keçirilir".

 

OXŞAR XƏBƏRLƏR