Bakı Nəqliyyat Agentliyi küləkli havaya görə sürücü və sərnişinlərə müraciət edib
  • SOSİAL

  • 10:04 06 Aprel 2021

Bakı Nəqliyyat Agentliyi küləkli havaya görə sürücü və sərnişinlərə müraciət edib

Bakı Nəqliyyat Agentliyi (BNA) hazırda davam edən güclü küləkli hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarını diqqətli və ehtiyatlı olmağa çağırıb.

ONA-nın xəbərinə görə, BNA-nın açıqlamasında bildirilir ki, sərnişinlər dayanacaq pavilyonlarında avtobus gözləyərkən diqqətli olmalıdırlar: "Həmçinin, Nəqliyyat Mübadilə Mərkəzlərinin ərazisində və digər yerlərdə yolun hərəkət hissələrinə çıxmamalı, yalnız müəyyən edilmiş dayanacaq məntəqələrində avtobuslara minib-düşməli, yolun qarşı tərəfinə keçərkən müəyyən olunan piyada keçidlərindən istifadə etmələri tövsiyə edilir. Sürücülərə isə tövsiyə edirik ki, hərəkətdə olarkən yollarda müəyyən edilən sürət həddinə və yol nişanlarının tələblərinə riayət etsinlər". 

ONA

Teqlər:

OXŞAR XƏBƏRLƏR