Göyçayda güclü külək və leysan yağışı fəsadlar törədib - [color=red]FOTO[/color]
  • SOSİAL

  • 03:22 14 İyul 2020

Göyçayda güclü külək və leysan yağışı fəsadlar törədib - FOTO

Axşam saatlarında Göyçay rayonunun Şəkər və Veysəlli kəndlərində güclü küləklə müşahidə olunan leysan yağışı nəticəsində təsərrüfatın ayrı-ayrı sahələrinə ciddi ziyan dəyib.

APA-nın yerli bürosunun xəbərinə görə, təxminən 30 dəqiqə davam edən güclü külək evlərin və tövlələrin dam örtüyünü qoparıb, sellofan örtüklü istixanaları dağıdıb, pomidor və xiyar şitillərini, yetişmiş meyvə-tərəvəz məhsullarını tələf edib, ağacları, eləcə də primitiv tikilmiş hasarları, elektrik və rabitə dirəklərini aşırıb, naqilləri qırıb.

Hazırda bu kəndlərə elektrik və rabitə verilişi dayanıb. Küləyin təsiri nəticəsində dam örtüyü qopan evlər yağış suları altında qalıb. Nəticədə kənd sakinlərinə külli miqdarda maddi ziyan dəyib.

Məsələ ilə bağlı rayon fövqəladə hallar komissiyasına məlumat verilib.

Şahnəzər Bəşirov

Teqlər:

OXŞAR XƏBƏRLƏR