Hava şəraiti qeyri-sabit keçəcək, şimşək çaxacaq, intensiv yağış yağacaq - [color=red]XƏBƏRDARLIQ[/color]
  • SOSİAL

  • 15:28 13 İyul 2020

Hava şəraiti qeyri-sabit keçəcək, şimşək çaxacaq, intensiv yağış yağacaq - XƏBƏRDARLIQ

ETSN-in Milli Hidrometeorologiya Xidməti ölkə ərazisində havanın pisləşəcəyi barədə xəbərdarlıq edib. 

ONA-nın xəbərinə görə, xəbərdarlıqda bildilir ki, iyulun 17-si gündüzədək Azərbaycanın rayonlarında hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, dolu  düşəcəyi gözlənilir.

Qərb küləyi ayrı-ayrı yerlərdə arabir 20-25 m/s-dək güclənəcək. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.

ONA

Teqlər:

OXŞAR XƏBƏRLƏR