Peşə təhsili müəssisələrinə qəbulla bağlı Apellyasiya Komissiyası fəaliyyətə başlayacaq
  • SOSİAL

  • 17:00 10 Sentyabr 2019

Peşə təhsili müəssisələrinə qəbulla bağlı Apellyasiya Komissiyası fəaliyyətə başlayacaq

Sentyabrın 11-də peşə təhsili müəssisələrinə qəbul və nəticələrlə bağlı vətəndaşların müraciətlərinə baxılması üçün yaradılan Apellyasiya Komissiyası fəaliyyətə başlayacaq.

Təhsil Nazirliyindən ONA-ya verilən məlumata görə, vətəndaşlar 18 nömrəli Bakı Peşə liseyində ( ünvan: Binəqədi rayonu, Heydər Hüseynov küç. 17A ) təşkil ediləcək Apellyasiya Komissiyasına 11-13 sentyabr tarixlərində saat 10:00-dan 18:00-dək şəxsiyyəti təsdiq edən sənədin əslini və təhsil haqqında sənədi təqdim etməklə müraciət edə bilərlər.

Qeyd edək ki, 2019-2020-ci tədris ili üzrə peşə təhsili müəssisələrinə sənəd qəbulu artıq başa çatıb. 5-20 avqust tarixlərində keçirilən birinci mərhələdə 8 808 nəfər, 28 avqust - 5 sentyabr tarixlərində keçirilən ikinci mərhələdə isə 3 754 nəfər peşə təhsili müəssisələrində təhsil almaq hüququ əldə edib.

Müsabiqənin 2-ci mərhələsindən uğurla keçən şəxslərin qəbul olunduqları peşə təhsili müəssisələrinə qeydiyyatı bu gün başa çatır.

ONA

Teqlər: peşə təhsili

OXŞAR XƏBƏRLƏR