Sabahın hava proqnozu açıqlanıb
  • SOSİAL

  • 11:59 02 May 2021

Sabahın hava proqnozu açıqlanıb

                                    
Mayın 3-də  gözlənilən hava şəraiti açıqlanıb. 
Milli Hidrometeorologiya Xidmətinin APA-ya verdiyi məlumata görə mayın 3-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu  gecə 11-13 dərəcə isti, gündüz 19-23 dərəcə  isti olacaq. Bakıda gecə 11-13 dərəcə isti, gündüz 20-22 dərəcə isti olacaq. 
Atmosfer təzyiqi  762 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80, gündüz 40-50 faiz olacaq. 
Mayın 3-də Azərbaycanın rayonlarında  şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Gündüz tədricən kəsiləcək. Səhər  saatlarında duman. Şərq küləyi  əsəcək. Havanın temperaturu gecə  10-15 dərəcə isti, gündüz  23-28 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə isti, gündüz  9-14 dərəcə isti olacaq.
Tibbi-meteoroloji proqnoza görə, mayın 3-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.

ONA

Teqlər:

OXŞAR XƏBƏRLƏR