Səhiyyə Nazirliyi təcili yardıma həkim qəbulu elan edib
  • SOSİAL

  • 18:19 29 İyun 2020

Səhiyyə Nazirliyi təcili yardıma həkim qəbulu elan edib

Koronavirus (COVİD-19) xəstələrinə fasiləsiz və keyfiyyətli tibbi xidmətin göstərilməsi üçün Bakı şəhəri üzrə Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyalarına yaşı 60-a qədər olan həkim anestezioloq-reanimatoloqlar və həkim-terapevtlər işə qəbul olunmaq üçün dəvət olunurlar.

ONA xəbər verir ki, Səhiyyə Nazirliyinin məlumatına görə, işə qəbulla bağlı müraciət edən şəxslər ərizə ilə [email protected] elektron ünvanına müraciət etməlidirlər.

Tələb olunan sənədlər:

Ərizə;

Şəxsiyyət vəsiqəsi;

Diplom;

İnternatura vəsiqəsi;

Sertifikat;

Əmək kitabçası.

ONA

Teqlər:

OXŞAR XƏBƏRLƏR