• SOSİAL

    11:07 6 yanvar 2021

Ali Məhkəmənin hakimi İnqilab Nəsirov koronavirusdan vəfat edib

Ali Məhkəmənin Cinayət Kollegiyasının hakimi İnqilab Nəsirov vəfat edib.

APA-nın məlumatına görə, İ. Nəsirov bir müddət əvvəl koronavirusa (COVID-19) yoluxub. O, bu gün səhər saatlarında müalicə aldığı xəstəxanada vəfat edib.

Ali Məhkəmədən APA-ya faktı təsdiqləyiblər.

Qeyd edək ki, İnqilab Nəsirov 2011-ci ilin yanvar ayının 1-dən Ali Məhkəmənin hakimi olub.

ONA

Teqlər:

SON XƏBƏRLƏR