Bakı Şəhər İcra Hakimiyyətinin başçısı: "Çimərliklərin açılması nəzərdə tutulur"
  • SOSİAL

  • 17:55 18 May 2020

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı: "Çimərliklərin açılması nəzərdə tutulur"

“Çimərliklər açılacaq”.

APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bildirib.

E. Əzizov deyib ki, yaxın gələcəkdə çimərliklərin açılması nəzərdə tutulub: “Ancaq çimərliklərdə də sosial məsafə və digər tələblərə riayət etmək lazımdır”.

E. Əzizov onu da bildirib ki, çimərliklərlə bağlı komissiya yaradılıb, qaydalar hazırlanıb: "Ola bilər ki, bəzi çimərliklərdə sıxlıq yaransın. Biz bununla bağlı elektron sistem üzərində düşünürük. Vətəndaş evdən çıxmazdan əvvəl elektron sistemlə yer sifariş edə bilər”.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı çimərliklərə nəzarətlə bağlı yerli icra hakimiyyəti orqanlarına müvafiq tapşırıqlar verildiyini bildirib. 
 
Nazirlər Kabineti mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov isə bildirib ki, TƏBİB-in turizm məkanları ilə bağlı tibbi-metodik göstərişlər çimərliklərə də aiddir. Həmin yerlərdə hüquqi şəxslər sosial məsafənin qorunmasına nəzarət edəcəklər: “Ola bilər ki, çimərliyin özünün də spesifik tələbləri olsun”.
 
 
 

ONA

Teqlər: