• İDMAN

    06:57 14 sentyabr 2019

Boksçumuz Məhəmmədrəsul Məcidov peşəkar rinqdə ilk döyüşündə qələbə qazanıb

Boks üzrə Azərbaycanın milli yığma komandasının kapitanı, boks üzrə ağır çəkidə üçqat dünya çempionu olan 32 yaşlı Məhəmmədrəsul Məcidov sentyabrın 13-də Nyu-Yorkda peşəkar rinqdə ilk döyüşünə çıxıb.

APA “All Boxing” portalına istinadən xəbər verir ki, Azərbaycan boksçusu 30 yaşlı amerikalı Ed Fonteynlə üz-üzə gəlib.

M.Məcidovun peşəkar rinqdəki debütü qələbə ilə nəticələnib. Belə ki, o, döyüşün 4-cü raundunda Fonteyni texniki nokautla məğlub edib.

Qeyd edək ki, bundan əvvəl boksçumuz britaniyalı boks təşkilatçısı Eddi Hirn ilə müqavilə imzalayıb və onun peşəkar rinqdə debütü də bu müqavilənin bir hissəsi olub.

ONA

Teqlər:

SON XƏBƏRLƏR